Ağakərimdən Elzaya CAVAB: “Kimsə söyüşlə meyxana desə, qarşısını dərhal alarıq” - ÖZƏL 

Hazırda oxunan: Ağakərimdən Elzaya CAVAB: “Kimsə söyüşlə meyxana desə, qarşısını dərhal alarıq” - ÖZƏL 

184716

Xəbər verdiyimiz kimi, Əməkdar artist və Azərbaycan Yazıçılar Birliyinin üzvü (AYB) Elza Seyidcahan meyxanaçılarla bağlı sərt şəkildə “Bəzi meyxanaçılar bizim uşaqlarımızın dinlərini, imanlarını, tərbiyələrini pozurlar. Onlar söz tapmayanda küçə sözlərinə əl atırlar. Ana-bacılarını ortalığa qoyurlar. Vacib deyil ki, söz tapmırsansa, sus. Küçə sözlərini, pis vərdişlərlə bağlı sözləri uşaqlara aşılayırlar. Heç hərflərimizi, sözlərimizi də düzgün tələffüz etmirlər” sözlərini dilə gətirib. 

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı söz xiridarı Ağakərimlə (Kərim Novruzov) əlaqə saxlayıb. 

Ağakərim Elzanın fikirlərinin yanlış olduğunu vurğulayıb: 

“Artıq neçə illərdir ki, söz ustaları meyxana dedikləri zaman söyüşdən istifadə etmirlər. Məclislərdə də meyxanaçılar çıxış edən zaman təhqir dolu ifadələrə yol vermirlər. Belə bir şeylər yoxdur. Hər şey nəzarətdədir. Çalışacayıq ki, belə məqamlar da təkrarlanmasın. O ki qaldı meyxanaçıların sözləri düzgün tələffüz etmədikləri məsələsinə, hər kəs öz ləhcəsində deyir. Bu isə normal haldır.
Meyxana bədahətən olur. Nə qədər insanlara yaxın tərzdə deyilsə, bir o qədər başa düşülən olur.

O zamanlar “Şirvan” adlı pul vahidi var idi. Biz pula aid meyxana deyəndə 100 və ya 10 min manat və sairə demirdik. “Şirvan”, “Məmməd” deyirdik. Belə söyləyəndə isə camaata tez çatır. Biz meyxanaçılar yalnız dövlətimizə və xalqımıza xidmət etməliyik. Əgər kimsə də söyüşlə meyxana desə, dərhal onun qarşısını alarıq. Lakin belə şeylər yoxdur”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO