Azərbaycanlı ifaçı ətdən paltar geyinib “Torqovı”da gəzdi - FOTO/VİDEO 

Hazırda oxunan: Azərbaycanlı ifaçı ətdən paltar geyinib “Torqovı”da gəzdi - FOTO/VİDEO 

184704

Bloger və müğənni Seva Qasan addımı ilə dünya şöhrətli müğənni Ledi Qaqanı təkrarlayıb. 

Bizim.Media xəbər verir ki, Seva pop ulduz kimi üzəri ət parçalarından ibarət qısa paltar geyinib. 

Bu azmış kimi Qasan həmin geyimdə “Torqovı” kimi tanınan “Fəvvarələr meydanı” ərazisinə çıxaraq, orada gəzib-dolaşıb. Bu addımını isə ifaçı çəkərək sosial şəbəkə hesabında yayımlayıb. Seva cəsarət dolu paylaşımına “Bəli, dostlar, bu işi görmək asan deyildi. İlk əvvəl cəsarət lazımdır. O da ki, məndə. Hava dəhşət soyuq idi. Geyim özümə aiddir. İdeya, tikiş, dizayn... Çiy ətdən ayaqqabı, saç aksessuarı, libas... Azərbaycanda və digər ölkələrdə ilk dəfə mən etdim”. 
S. Qasanın bu addımı isə sosial şəbəkə əhli tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilərin əksəriyyəti Sevanın bu hərəkətinə təhqir dolu şərhlər yazıblar. 

Qeyd edək ki, pop ulduz Ledi Qaqa 2010-cu ildə Amerikada keçirilən “MTV Video Music Awards” mükafatlanma mərasiminə xüsusi olaraq onun üçün hazırlanan ətdən libas geyinib. Qaqa bu geyimi və addımı ilə dünya mətbuatının gündəminə səs salmışdı. 
 







Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO