Bakıda bir neçə ay öncə törədilən oğurluq cinayətinin üstü açılıb. Bakı şəhər BPİ-dən “Qafqazinfo”x9dya verilən xəbərə görə, hadisə Nərimanov rayonu ərazisində baş verib.
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, martın 16-na keçən gecə Bakı şəhər sakini German Babayevə məxsus M.Araz küçəsində yerləşən mağazadan, jalyüzü sındırılmaqla spirtli içkilər, tütün məmulatları, danışıq kartları və mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, 1997-ci il təvəllüdlü Bədirxan Xasanov tutulub.






































































































