Qusarda intihar faktı qeydə alınıb.xa0
2000-ci il təvəllüdlü Atluxanovaxa0 Nuranəxa0 Mahir qızı özünü qayadan ataraq intihar edib.
xa0
İntiharın səbəbi hələlik məluma deyil.
xa0
Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır. (apa)
***
Qusar rayonunda baş vermiş dəhşətli intiharın təfərrüatı məlum olub.
xa0
xa02000-ci ildə Gədəzeyxur kəndində anadan olan və ailəsi ilə birgə Qusar şəhəri yeni yaşayış massivində yaşayan Nuranə Atluxanova sevdiyi şəxsə görə həyatına son qoyub.
xa0
Araşdırmalar zamanı məlum olub ki, N.Atluxanovanın ailəsi onun sevdiyi şəxslə ailə qurmasına razı olmayıb. Əvəzində Nuranənin başqa şəxslə evlənməsini istəyiblər. Orta məktəbi bu il bitirən 17 yaşlı qız isə bununla razılaşmayıb.
xa0
Dünən ailədə bu məsələ yenidən münaqişəyə səbəb olub və gənc qız evdən qaçıb. Ailə üzvləri dərhal polisə xəbər veriblər, həmçinin, özləri axtarışa başlayıblar. Çox keçmədən 17 yaşlı Nuranənin özünü yaşadığı evdən bir qədər aralıda yerləşən 8-10 metr hündürlüklü qayadan atdığı məlum olub. Ailə üzvləri Nuranəni axtararkən qayanın ətrafına polislərin yığıldığını görüblər və yaxınlaşdıqda dəhşətli mənzərə ilə qarşılaşıblar.
xa0
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
xa0
Qeyd edək ki, N.Atluxanovanın 17 yaşı bu ilin 29 iyulunda tamam olubmuş. (Lent.az)
































































































