“Xalan qızını anası ilə birlikdə qaçıracağam”x9d söhbəti qanla bitib

“Xalan qızını anası ilə birlikdə qaçıracağam”x9d söhbəti qanla bitib

Hazırda oxunan: “Xalan qızını anası ilə birlikdə qaçıracağam”x9d söhbəti qanla bitib

191015
Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisinin xalası oğlunu öldürməkdə təqsirləndirilən İbrahim Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə şahidlər ifadə verib.

İ.Sadıqovun xalası Ramilə Nəbiyeva ifadə verərək deyib ki, İbrahim hadisəni törətdikdən sonra onlara gəlib: "Dedi İslamı vurmuşam, onu danladım. İbrahim özündə deyildi, çox əsəbi adamdır. Ona görə də hamı onunla ehtiyatlı davranırdı. Tez özündən çıxırdı. Bildiyimə görə həmin adamı da söyüşə görə vurub. Ölən oğlan bunu söyüb, bu da vurub”x9d.

Qeyd edək ki, ötən iclasların birində xa0İ.Sadıqov ifadə verərək İslam Hüseynovu söyüşə görə öldürdüyünü deyib: "Mən telefonla danışanda ona zarafatla dedim ki, xalan qızını anası ilə birlikdə qaçıracağam. Buna görə mübahisəmiz düşdü. xa0Telefonda danışanda dedi ki, sənin bağırsaqlarını tökəcəm, doğrayacam səni. Belə dediyi üçün özümlə bıçaq götürdüm. Mənə var-yox, namus və qeyrət söyüşləri söydü. Məni vurmaq istəyəndə onu vurdum".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO