KOBİA Qətərin aparıcı şirkəti ilə əməkdaşlıq edə bilər - FOTO

Hazırda oxunan: KOBİA Qətərin aparıcı şirkəti ilə əməkdaşlıq edə bilər - FOTO

55795

Qətər Dövlətinin ət, süd və süd məhsullarına olan tələbatını 95 %-ini təmin edən "Baladna Food Industries" şirkətinin nümayəndələri ilə Azərbaycanın İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) görüş keçirilib.

Bizim.Media-nın KOBİA-ya istinadən verdiyi məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və "Baladna Food Industries"in icraçı direktoru Ramez Al-Khayyat arasında təşkil olunmuş görüşdə qarşılıqlı olaraq KOBİA-nın dəstək və xidmətləri və Qətər şirkətinin fəaliyyəti barədə məlumat verilib.

Görüşdə eləcə də əməkdaşlıq imkanlarına və Azərbaycanda KOB-ların iştirakı ilə oxşar layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO