Azərbaycan sahibkarları üçün virtual sərgi zalı yaradılacaq

Hazırda oxunan: Azərbaycan sahibkarları üçün virtual sərgi zalı yaradılacaq

48418

Azərbaycanda istehsal olunan məhsullar üçün virtual reallıq (VR) texnologiyasından istifadə etməklə rəqəmsal sərgi zalı yaradılacaq.

Bizim.Media xəbər verir ki, layihənin icrasına dair Azexport.az portalının rəhbəri Ayxan Qədəşovla Türkiyənin Tradevalley portalının qurucusu Yusuf Yenitürkoğulları arasında anlaşma memorandumu imzalanıb.

Sənədə uyğun olaraq tərəflər e-ticarət haqqında mütəmadi olaraq məlumat mübadiləsi aparacaq, “Tradevalley” portalında “Azexport.az” portalına xüsusi panel ayrılacaq, Azexport.az üzvlərinin Tradevalley portalının imkanlarından 6 ay müddətində ödənişsiz istifadə imkanı yaradılacaq, həmçinin hər iki ölkədə e-ticarət, e-logistika, e-gömrük və digər xidmətlərin inkişafına dair konfranslar, seminarlar və mühazirələr təşkil olunacaq.

Virtual Reallıq texnologiyası vasitəsilə yaradılacaq sərgidə məhsul yerləşdirməkdə maraqlı olan sahibkarlar müraciət edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO