Rəşad Nəbiyev “Yüksəliş”in qalibləri ilə görüşdü

Hazırda oxunan: Rəşad Nəbiyev “Yüksəliş”in qalibləri ilə görüşdü

48007

“Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlər davam edir. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Yüksəliş” müsabiqəsinin qalibləri Orxan Quliyev və Kamil Alıyevlə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə nazir qalibləri təbrik edərək, onların əldə etdikləri uğurların davamlı olması üçün daim öz üzərlərində işləməyin əhəmiyyətindən bəhs edib.

Rəşad Nəbiyev mentorluq proqramı çərçivəsində təcrübəsini qaliblərlə paylaşmaqda maraqlı olduğunu bildirib.

O.Quliyev və K.Alıyev rəqəmsallaşma sahəsindəki yeniliklər və biliklərə sahib olmağın onların mövcud karyeralarının inkişafı üçün faydalı olacağını qeyd edib.

Qeyd edək ki, müsabiqənin şərtlərinə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO