Lirə sürətlə ucuzlaşır – Hökumət toplanmağa QƏRAR VERDİ

Hazırda oxunan: Lirə sürətlə ucuzlaşır – Hökumət toplanmağa QƏRAR VERDİ

39112

Türkiyə milli valyutasının dollar qarşısında dəyər itirməsi prosesi yenidən sürətlənib.

Bizim.Media xəbər verir ki, qardaş ölkənin milli valyutası bu həftəyə də enişlə başlayıb.

Dünən türk lirəsi 8,81 dollar, bu gün isə 8.82 dollara bərabər olub.

Avro da Türkiyədə dəyər qazanmağa başlayıb. Dünən günün sonuna yaxın 10.31 lirəyə ticarət olunan Avropa Birliyinin valyutası bu gün artıq 10.35 lirəyə yüksəlib.

Türkiyə Cumhuriyəti Mərkəzi Bankınınn sədri Şahap Kavcıoğlunun bu gün Türkiyə saatı ilə 13.30 –da ölkənin maliyyə durumu ilə keçiriləcək toplantıda çıxışı gözlənilir.

Xatırladaq ki, Türkiyənin milli valyutasının dəyər itirmə prosesi ötən 2 ildə də müşahidə edilib.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO