Avtomobillər bu tarixdən etibarən BAHALAŞACAQ

Hazırda oxunan: Avtomobillər bu tarixdən etibarən BAHALAŞACAQ

139313

“Dünya praktikasında ölkəyə gətirilən “ikinci əl” avtomobillərdən utilizasiya xərcinin tutulmasına rast gəlinmir. Çünki, gətirilən hər bir avtomobilin təyinatı var. Avtomobili gətirən şəxs ya ondan özü istifadə edir, ya da satır. Yəni gətirilən istənilən avtomobil uzunmüddətli istifadə üçündür. 
Heç kim gətirdiyi avtomobili qısa zaman kəsiyində “metallom”a göndərmir. Utilizasiya isə malın təyinatının dəyişdirilməsi deməkdir. Yəni dünənə qədər minik vasitəsi olan avtomobil, bu gün artıq “metallom” kimi istifadə edilir. Bir sözlə, utilizasiya xərci avtomobilin “metallom”a çevrilməsi xərclərinin ifadəsidir”. 

Bunu Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda sahibsiz avtomobillər utilizasiyaya veriləcək


O bildirib ki, bu vaxtadək də ölkəmizdə avtomobillərin utilizasiyası aparılıb:

“Belə ki, istismara yaramayan avtomobili sahibi onu ya hissələrə bölərək, ya da “metallom” kimi satıb. Buna görə də hansısa dövlət vəsaiti tələb olunmayıb. Utilizasiya xərcləri yalnız o zaman tutula bilər ki, bu prosesi dövlət aparsın. Buna görə isə simvolik bir xərc hesablana bilər. 
Lakin, 4 ilin avtomobilinə 400, 7 ilin avtomobilinə isə 700 manat utilizasiya xərcinin tutulması məntiqsizdir. Axı, dövlət rüsum tutduğu avtomobili sonrakı 10-15 ildə necə izləyəcək ki, bu avtomobil hara getdi. Bəlkə, həmin avtomobil gələcəkdə ölkədən çıxarılacaq. Bəs onda tutulan utilizasiya xərci avtomobil sahibinə qaytarılacaqmı?”

Akif Nəsirli onu da qeyd edib ki, ölkəyə gətirilən avtomobilə görə hesablanan rüsum və vergilərdən DGK əldə etdiyi qazanc, avtomobil istehsalçısının qazancından qat-qat yüksəkdir:

“Utilizasiya xərci sadəcə DGK-nin gəlirlərini artıracaq. Əvəzində avtomobillər daha da bahalaşacaq.Əhali bahalıqdan əziyyət çəkəcək. Bu informasiya yayıldığı üçün ən yaxın zamanda, bəlkə də 1 ay sonra avtomobillər bahalaşacaq. Baxmayaraq ki, dəyişikliklərin 1 fevral 2024 tarixdən qüvvəyə minəcəyi deyilir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO