37 dəqiqə gec başlayan Çempionlar Liqasının finalında 68 nəfər saxlanıldı

Hazırda oxunan: 37 dəqiqə gec başlayan Çempionlar Liqasının finalında 68 nəfər saxlanıldı

76690

Fransa polisi Parisdə UEFA Çempionlar Liqasının finalında "Real Madrid" ilə "Liverpul" klubları arasında oyunu zamanı 68 nəfəri saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "BFM TV" telekanalı yayıb.

Məlumata əsasən, həmin şəxslər “Stad de Frans” stadionunun yaxınlığında, eləcə də hər iki fan zonada saxlanılıb. Qarşıdurma zamanı 200-dən çox insan yüngül xəsarət alıb, onlara yerindəcə tibbi yardım göstərilib.

Xəbər verildiyi kimi, iğtişaşlar matç başlamazdan əvvəl başlayıb və bu səbəbdən oyun 37 dəqiqə gec başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO