Qılıncoynadanımız İtaliyada Qran-Pri turnirinin qalibi oldu - FOTO

Hazırda oxunan: Qılıncoynadanımız İtaliyada Qran-Pri turnirinin qalibi oldu - FOTO

75655

İtaliyanın Padua şəhərində qılıncoynatmanın sablya növü üzrə Qran-Pri turnirinə yekun vurulub.

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, mübarizəyə əsas mərhələdən qoşulan turnirin 1 nömrəli reytinq favoriti Anna Başta ilk görüşdə ABŞ təmsilçisi Honor Consona 15:6 hesabı ilə qalib gəlib.

Növbəti görüşündə yapon Yumi Vakitanı (15:10) mübarizədən kənarlaşdıran təmsilçimiz ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə digər Yaponiya qılıncoynadanı Şihomi Fukuşimaya 15:10 hesabı ilə qalib gəlib.

Burada qılıncoynadanımızın rəqibi italyan Rossella Qreqorio olub. Rəqibini 15:7 hesabı ilə məğlub edən Anna Başta yarımfinala yüksəlib. Yarımfinalda Yaponiya təmsilçisi Misaki Emura üzərində inamlı qələbə (15:9) qazanan Anna finalda gündoğar ölkənin daha bir sablyaçısı Risa Takaşima ilə qarşılaşıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən həlledici görüşdə rəqibini 15:11 hesabı ilə məğlub edən idmançımız Qran-Prinin qızıl medalına layiq görülüb.

A.Başta cari ildə Bolqarıstanın Plovdiv və Yunanıstanın Afina şəhərlərində keçirilən dünya kubokunun mərhələ yarışlarında da qızıl medal qazanıb.

Qılıncoynadanımız hazırda qadın sablyaçıların dünya reytinqində 4-cü sırada qərarlaşıb.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO