"Lids"in baş məşqçisi Daniel Farke İngiltərə Futbol Assosiasiyası tərəfindən intizam məsuliyyətinə cəlb olunub.
Bizim.Media xəbər verir ki, klubun yaydığı məlumata görə, almaniyalı mütəxəssis Premyer Liqanın 28-ci turunda baş tutan "Mançester Siti" ilə oyundan sonrakı qeyri-etik davranışına görə ittiham olunub.
Fevralın 28-də keçirilən matçın final fitindən sonra meydana daxil olan Farke assosiasiya qaydalarına zidd davranaraq hakimlərlə münaqişə edib. Baş məşqçiyə irəli sürülən ittihamlara rəsmi cavab vermək üçün martın 6-sı qədər vaxt verilib.
Xatırladaq ki, sözügedən qarşılaşma "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 45+2-ci dəqiqədə yarımmüdafiəçi Antuan Semenyo vurub.
Bizim.Media



































































































