UEFA

UEFA "Qarabağ"ın zəfərindən yazdı - FOTO

Hazırda oxunan: UEFA "Qarabağ"ın zəfərindən yazdı - FOTO

59167
"Qarabağ"ın Avro Liqadakı ilk qələbəsi UEFA-nın da diqqətindən qaçmayıb.

Məlumata görə, ali qitə qurumu rəsmi saytında təmsilçimizin uğuru ilə bağlı məlumat yerləşdirib. Xəbərdə bildirilib ki, Muarem Muaremin möhtəşəm qolu "Qarabağ"ın qələbəsini təmin edib. 

UEFA-dan bildirib ki, "Qarabağ" UEFA qrup mərhələsində səfər qarşılaşmasında qalib gələn ilk Azərbaycan klubu adını qazanıb. 

Bildirilib ki, təmsilçimizin rəqibi "Dnepr" F qrupunda qarşılaşdığı oyunların heç birində qol vura bilməyib və hələlik qələbə qazanmayıb. "Qarabağ" isə qazandığı 4 xalla qrupda "İnter"in ardından ikinci pillədə qərarlaşıb. 

Qeyd edək ki, "Qarabağ" 6 noyabr tarixində "Dnepr"lə Bakıda qarşılaşacaq.(anspress)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO