Azərbaycan Fransaya qarşı - Matç BAŞLADI - VİDEO

Azərbaycan Fransaya qarşı - Matç BAŞLADI - VİDEO

Hazırda oxunan: Azərbaycan Fransaya qarşı - Matç BAŞLADI - VİDEO

574654

Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində 3-cü tur oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Fransanın qonağıdır.

Parisdəki “Park de Prens” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Hazırda D qrupunda Fransa 6 xalla liderdir, Azərbaycan 1 xalla sonuncu - 4-cüdür. Bu qrupun digər oyununda İslandiya Ukraynanı qəbul edir.

Qeyd edək ki, Fransa və Azərbaycanın əsas milli komandaları tarixlərində üçüncü dəfə üz-üzə gələcəklər. Daha əvvəl bu komandalar hələ Avro-1996-nın seçmə mərhələsində qarşılaşıblar.
 

Trabzon şəhərində keçirilmiş ilk qarşılaşmada (13 dekabr, 1994) Azərbaycan milliisi 0:2 hesabı ilə uduzub, Oser şəhərində baş tutan ikinci oyunda (6 sentyabr, 1995) isə Fransa 10:0 hesabı ilə qələbə qazanıb. Bu, millimizin tarixində ən böyükhesablı məğlubiyyətdir.


DÇ-2026, seçmə mərhələ

D qrupu

22:45. Fransa - Azərbaycan - 0:0 (Birinci hissə)

Hakimlər: Rohit Saqqi, Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen, Daniel Higraff VAR: Tom Harald Hagen



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO