“El-Klasiko”nu “Real Madrid” qazandı

Hazırda oxunan: “El-Klasiko”nu “Real Madrid” qazandı

43043

İspaniya La Liqasının X turu mövsümün ilk “El-Klasiko”su ilə əlamətdar olub.

Bizim.Media xəbər verir ki. turun mərkəzi görüşü “Nou Kamp”da “Barselona” və “Real Madrid” arasında keçirilib.

Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 32-ci dəqiqədə David Alaba açıb. 90+4-cü dəqiqədə isə Lukas Vaskes fərqi artırıb. 90+7-ci dəqiqədə isə Serxio Aqüero “Barselona”nın təsəlli qolunun müəllifi olub.

Bununla da 9 oyundan sonra aktivində 20 xal olan “Real Madrid” ilk pillədə yer alıb. “Barselona” isə 15 xalla 8-cidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO