“Biz “Qarabağ”ın qarşısında axıra qədər dözə bilmədik” - Kante

Hazırda oxunan: “Biz “Qarabağ”ın qarşısında axıra qədər dözə bilmədik” - Kante

0:00
0:00
42913

"Komanda olaraq çox yaxşı müdafiə olunduq. Amma "Qarabağ" müqavimətimizi qıra bildi. Son dəqiqələrdə məğlub olmaq üzücüdür"

Bizim.Media xəbər verir ki, bu sözləri "Kayrat" komandasının üzvü Joze Kante deyib.

31 yaşlı forvard Konfrans Liqasının H qrupunun 3-cü turunda "Qarabağ"la qarşılaşdıqları oyunu şərh edib.

Qvineya millisinin forvardı azarkeşlərin Ağdam təmsilçisinin qələbəsində böyük rolu olduğunu bildirib:

"Stadionda möhtəşəm atmosfer var idi. Azarkeşlərin dəstəyini görən "Qarabağ" hücumların kəsərini artırdı. Məşqçimiz rəqibi yaxşı təhlil etmişdi. Biz də onun seçdiyi üsluba uyğun olaraq oyun nümayiş etdirirdik. Qələbə də qazana bilərdik. Amma sona qədər dözə bilmədik. "Qarabağ"ın futbolçuların fərdi ustalığı sayəsində qələbə qazandı".

2:1 hesabı ilə başa çatan matçda "Kayrat"ın yeganə qolunun müəllifi olan Kante növbəti oyun haqda da danışıb:

"Almatıdakı görüşdə hər şey fərqli olacaq. Bizim üçün son şansdır. Qrupdan çıxmaq üçün mütləq qələbə qazanmalıyıq. Bunun üçün hər yola əl atacağıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO