"Qarabağ"ın 2 legioneri ən yaxşılar sırasında - Konfrans Liqası

Hazırda oxunan: "Qarabağ"ın 2 legioneri ən yaxşılar sırasında - Konfrans Liqası

42862

"Qarabağ"ın 2 futbolçusu UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur matçlarından sonra ən yaxşı oyunçuların sırasına düşüb.

Bizim.Media-nın məlumatına görə, bunlar Kevin Medina və Abdullah Zubirdir.

Kolumbiyalı müdafiəçi Kevin Medina ən çox dəqiq ötürmə verən futbolçular arasında ilk "3-lük"də qərarlaşıb. 28 yaşlı arxa xətt oyunçusu Bakıda Qazaxıstan "Kayrat"ına qarşı görüşdə 79 dəqiq ötürmə müəllifi olub. 

Ağdam klubunun fransalı yarımmüdafiəçisi Abdullah Zubir isə "Kayrat"la matçda 5 dəfə təhlükəli cinah reydi ilə yadda qalıb.

Qeyd edək ki, sözügedən oyunda “Qarabağ” "Kayrat" üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO