Tokio-2020: ABŞ idmançısı Olimpiadada 7 qızıl medal aldı - VİDEO

Hazırda oxunan: Tokio-2020: ABŞ idmançısı Olimpiadada 7 qızıl medal aldı - VİDEO

30601

ABŞ üzgüçüsü Keti Ledeki nadir təsadüf olunan nailiyyətə imza atıb.

Bizim.Media xəbər verir ki, 24 yaşlı idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarında 800 m məsafəyə sərbəst üsulla üzməkdə çempionluq yaşayıb.

O, Olimpiadada 7-ci qızıl əldə edib. Bunların altısı fərdi, biri estafetdə əldə olunub.

Ledeki yarışın tarixində 7 və daha çox qızıl medal qazanan ikinci qadın üzgüçü olub. Rekord isə Cenni Tompsona məxsusdur. ABŞ üzgüçüsü 8 dəfə çempionluğa sevinib. Amma onun bütün uğurları estafetdə qeydə alınıb.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO