Avro-2020-nin qalibi müəyyənləşdi - VİDEO

Avro-2020-nin qalibi müəyyənləşdi - VİDEO

Hazırda oxunan: Avro-2020-nin qalibi müəyyənləşdi - VİDEO

28269

Bu gecə Avro-2020-nin qalibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, final matçında İtaliya və İngiltərə milliləri üz-üzə gəlib.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub.

Burada da hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn İtaliya turnirin qalibi olub və tarixində ikinci dəfə (ilk dəfə Avro-1968) Avropa çempionatını qazanıb.

İngiltərə isə tarixində ilk dəfə final görüşünə çıxıb.

Xatırladaq ki, Avro-2020 Bakı da daxil olmaqla Avropanın 11 şəhərində keçirilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO