Bakıya gələ biləcək komandalar dəqiqləşdi - AVRO-2020 

Hazırda oxunan: Bakıya gələ biləcək komandalar dəqiqləşdi - AVRO-2020 

26041

Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinin daha bir cütü müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, dörd ən yaxşı qrup üçüncüsündən biri olan Çexiya bu raundda Niderlandla görüşəcək. 

Bu cütün qalibi 1/4 final mərhələsində Bakıda Uels - Danimarka duelinin güclüsü ilə üz-üzə gələcək. 

Uels - Danimarka qarşılaşması iyunun 26-da, Niderland - Çexiya matçı isə bir gün sonra olacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final oyunu iyulun 3-ə təyin edilib. 

Qeyd edək ki, AVRO-2020 iyulun 11-də başa çatacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO