“Borussiya” baş məşqçi ilə bağlı qərar verdi

Hazırda oxunan: “Borussiya” baş məşqçi ilə bağlı qərar verdi

184646

"Borussiya" rəhbərliyi baş məşqçi Edin Terziçin gələcəyi ilə bağlı qərar verib. 

Bizim.Media xəbər verir ki, 41 yaşlı mütəxəssisin taleyi komandanın göstərəcəyi nəticələrdən asılıdır. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Dortmun təmsilçisi Bundesliqanı ilk 4 pillədə başa vursa və Çempionlar Liqasının 1/4 final mərhələsində "Atletiko" səddini keçsə, almaniyalı məşqçi növbəti mövsümdə də postunda qalacaq.

Bunlardan biri baş verməsə, baş məşqçi ilə yollar ayrılacaq.

Qeyd edək ki, Edin Terziç 2022-ci ilin iyul ayından "Borussiya"nı çalışdırır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO