“Azərreyl” öz meydanında məğlub oldu

Hazırda oxunan: “Azərreyl” öz meydanında məğlub oldu

184455

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. 

Bizim.Media xəbər verir ki, Yüksək Liqada günün hər iki matçı eyni vaxtda start götürüb. 

“Murov Az Terminal”ın idman zalında MOİK və “Neftçi” üz-üzə gəlib. Oyun "ağ qaralar"ın asan qələbəsi ilə yekunlaşıb - 3:0.

Eyni hesab çempionatın liderləri arasında keçirilən görüşdə də qeydə alınıb. "Azərreyl" gözlənilmədən “Murov Az Terminal”a quru hesabla uduzub. Hər 3 setdə 25:22 hesabı qeydə alınıb.
Qeyd edək ki, Yüksək Liqada növbəti oyunlar martın 29-da baş tutacaq. “Murov Az Terminal” MOİK-lə görüşəcək. Qarşılaşma saat 17:00-da başlanacaq.

Yüksək Liqa (kişilər)

27 mart

17:00. MOİK - "Neftçi" - 0:3 (15:25, 23:25, 17:25)

“Murov Az Terminal”ın idman zalı

17:00. "Azərreyl" - “Murov Az Terminal” - 0:3 (22:25, 22:25, 22:25)

GİN-in Voleybol Mərkəzi

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO