AVRO-2024: Bu gün son 3 vəsiqənin sahibi məlum olacaq

Hazırda oxunan: AVRO-2024: Bu gün son 3 vəsiqənin sahibi məlum olacaq

184242

AVRO-2024-ün pley-off mərhələsinə yekun vurulacaq. 

Bizim.Media xəbər verir ki, Almaniyada keçiriləcək turnirin son üç iştirakçısı A, B və C yolu üzrə final görüşlərində bəlli olacaq. 

Pley-offun final mərhələsində Uels Polşanı qəbul edəcək. Ukrayna öz meydanında İslandiyanı sınağa çəkəcək.

Qonşu Gürcüstan isə Yunanıstanla qarşılaşacaq. Qələbə qazanacağı təqdirdə, Gürcüstan yığması tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək. 

AVRO-2024 pley-off mərhələsi 

Final 

26 mart 

A yolu 

23:45. Uels – Polşa 

B yolu 

23:45. Ukrayna – İslandiya 

C yolu 

21:00. Gürcüstan – Yunanıstan 

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO