Azərbaycan millisi Moldovaya 4 qolla QALİB GƏLİB

Hazırda oxunan: Azərbaycan millisi Moldovaya 4 qolla QALİB GƏLİB

183521

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində B Liqasının 2-ci qrupunda 3-cü oyununu keçirib.

Bizim.Media xəbər verir ki, Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 4:1 hesabı ilə qalib gəlib. 

Oyunda hesabı 7-ci dəqiqədə Ayşən Salamzadə açıb. Arzu Cəfərova 25-ci dəqiqədə fərqi iki topa çatdırıb. Komandamızın 3-cü qolunu 63-cü dəqiqədə Vahidə Əlipaşayeva vurub. Millimizin dördüncü qolunu isə 78-ci dəqiqədə Xanım Əsədova vurub.
Beləliklə, Azərbaycan millisi qrupu 3 xalla 3-cü yerdə başa vurub. Qrupda 1-2-ci yerləri müvafiq olaraq Bolqarıstan və Sloveniya (hərəsi 7 xall), 4-cü yeri isə (0 xal) Moldova tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO