Toğrul Əsgərov: "Əsas hədəfimiz maksimum sayda lisenziya qazanmaqdır" - VİDEO

Hazırda oxunan: Toğrul Əsgərov: "Əsas hədəfimiz maksimum sayda lisenziya qazanmaqdır" - VİDEO

183478

Hazırda məşqlərimiz yüksək şəkildə davam edir.

Bizim.Media xəbər verir ki, bunu İdman.biz TV-yə qadın güləşçilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Toğrul Əsgərov deyib.

Olimpiya çempionu Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığı şərh edib. O bildirib ki, düşərgədə əhval-ruhiyyəsi çox yaxşıdır:

"Fiziki təlim-məşq toplanışını Göygöldə başa vurduq. Daha sonra 3-4 gün istirahət elədik. Artıq yarış üçün sonuncu xalça məşqlərimizdir. Burda Rusiya və Rumıniya yığması ilə birlikdə hazırlıq keçəcəyik. Təbii ki, bunun özü idmançılarımız üçün çox yaxşıdır. Təcrübənin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Əsas hədəfimiz ev sahibliyi edəcəyimiz Avropa Olimpiya Təsnifat Turnirində maksimum sayda lisenziya qazanıb, Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlaşmaqdır".

Əsgərov lisenziya yarışında şans verəcəkləri hər bir güləşçiyə böyük ümid bağladıqlarını deyib:

"Bizim əsas favoritimiz Mariya Stadnikdir. Onun timsalında bütün idmançılarımıza inanırıq və ümid bəsləyirik ki, onlar da Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər. Mariya fiziki olaraq tam formasındadır. İndi isə məşqlərdə iştirak edir. Bütün güləşçilərimizə bol şans diləyirəm. Olimpiya yolunda isə bütün Azərbaycan idmançılarına isə uğurlar arzulayıram".

Qeyd edək ki, Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat Turniri aprelin 5-7-də baş tutacaq. Yarış Milli Gimnastika Arenasında təşkil ediləcək.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO