\"Qarabağ\"ın futbolçusu Azərbaycan yığmasının heyətindən çıxarılıb

Hazırda oxunan: \"Qarabağ\"ın futbolçusu Azərbaycan yığmasının heyətindən çıxarılıb

183337

FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat verilib.

Məlumata görə, “Qarabağ”ın futbolçusu Aleksey İsayev heyətdən çıxarılıb. Buna yarımmüdafiəçinin zədələnməsi səbəb olub.

Qeyd edək ki, Azərbaycan yığması turnirdəki ilk matçını martın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda Monqolustan seçməsinə qarşı keçirəcək. Görüş saat 20:00-da baş tutacaq. Kollektiv martın 25-i eyni saatda və eyni məkanda Bolqarıstanla üz-üzə gələcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO