Futzal Federasiyasının prezidentinin atmacası cavabsız qalmadı...

Futzal Federasiyasının prezidentinin atmacası cavabsız qalmadı...

Hazırda oxunan: Futzal Federasiyasının prezidentinin atmacası cavabsız qalmadı...

124183
Moderator.az - a müsahibə verən Futzal Federasiyasının prezidenti Zaur Axundov 2015 - ci ildə "Xəzər Adaları" klubu ilə çempion olan, həmin ildə də Azərbaycanın ən yaxşı məşqçisi seçilən Elnur Qəmbərov haqda bir sıra tənqidi fikirlər səsləndirib. xa0

Federasiya prezidenti E. Qəmbərovu təcrübəsiz məşqçi olduğunu bildirib və qeyd edib ki, “Xəzər Adaları”x9d klubunun güclü heyyəti olub, onların çempion olmasınada məşqçinin köməyi olmayıb, ulduz futbolçuların özləri çempion olublar. Zaur Axundov Elnur Qəmbərova tam məşqçi kimi formalaşması üçün kurslara getməyi məsləhət görüb, aşağı divizionlarda praktika keçməli olduğunu deyib.

Moderator.az-a açıqlama verən Elnur Qəmbərov isə federasiya prezidentinin fikirləri ilə razılaşmadığını bildirib:

“Mən Zaur Axundovun fikirlərinə hörmətlə yanaşıram. Amma təbii ki, razılaşmadığım məqamlar var. Zaur müəllimin dediyi kimi mən məşqçiliyə yüksək liqadan başlamamışam. İlk dəfə məşqçi kimi uğurum "Akkord" klubunda olub. Bu komandada 2012 - 2013 - cü illərdə həvəskarlar liqasının qalibi olmuşam. xa02013 - 2014 “Xəzər Adaları”x9d ilə birinci liqada qalib olmuşam. 2014 - 2015 - ci illərdə isə xa0"Xəzər Adaları" ilə güclülər dəstəsinin qalibi, Azərbaycanın ən yaxşı futsal məşqçisi seçilmişəm. Bu mükafatı mənə Zaur Axundovun özü verib.
Dünyanın və Avropanın sayılıb - seçilən futzal klublarından olan “Dinamo Moskva”x9d, “Qazprom Yurqa”x9d klublarında nəzəri və parakitiki məşğələlərdə iştirak etmişəm. Rusiya millisinin baş məşqçisi Sergey Sokoroviçlə görüşlərim olub. Ondan daima məsləhətlər alıb öz üzərimdə işləyirəm.
Federasiya rəhbəri bildirir ki, “Xəzər Adaları”x9d güclü klub idi, məşqçisi olmadan da çempion ola bilərdi. Ona qalsa futzal liqasında hazırda güclü klublar var ki, əcnəbi məşqçi ilə çalışırlar. Mən “Xəzər Adaları”x9d ilə çempion olan il bizdən sonrakı yerləri tutan "Fənər" klubunda 11 legioner, "Araz"da 5 legioner, 6 millinin oyunçusu oynayırdı".

Qeyd edək ki, məşqçi Elnur Qəmbərovu gənc məşqçi olmasına baxmayaraq baş məşqçi kimi fəaliyyətə başladığı dövrdən bu günə kimi keçirdiyi hər mövsümdə titul qazanıb. O futzal güclülər dəstəsində 9 ildən sonra çempion olmuş ilk azərbaycanlı məşqçidir...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO