Tovuz sakini arvadını bıçaqladı

Tovuz sakini arvadını bıçaqladı

Hazırda oxunan: Tovuz sakini arvadını bıçaqladı

233001
Tovuz rayonunda həyat yoldaşını bıçaqlayan şəxs saxlanılıb.
xa0
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, iyulun 15-də rayonun Avaztəpə kənd sakini, 60 yaşlı Lətifə İsmayılova bədənin müxtəlif nahiyələrinin bıçaq yaraları ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
xa0
L. İsmayılovanın həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyev Mahir Bəbir oğlu tərəfindən bıçaqlandığı məlum olub. M. Əliyev saxlanılıb. Məlumata görə, M. Əliyev əvvəllər adam öldürməyə görə məhkumluq həyatı yaşayıb.
xa0
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO