Bu gün Bakıda 7-ci mikrorayon ərazisində, Cəfər Xəndan küçəsində “Meşəbəyi”x9d restoranının qarşısında yolun bir hissəsi çöküb.xa0
Moderator.az xəbər verir ki, təxminən saat 22:30-da yolda yaranmış həmin yarığa restorana gəlmiş maşının arxa təkəri düşüb. Daha sonra isə küçədən keçən yaşlı kişi də ehtiyatsızlıqdan həmin yarığa yıxılıb. Yaşlı kişi dərhal ətrafdakı insanların köməyi ilə yarıqdan çıxarılıb. Hadisə yerində olanların dediyinə görə, yarığın dərinliyi təxminən 5-8 metr arası olar.
Qeyd edək ki, Cəfər Xəndan küçəsindən yeraltı kanalizasiya xətti keçir. Kanalizasiya xəttində baş verən qəza nəticəsində yol yatağı yuyulub. Bu səbəbdən yolda şökmə baş verib.







































































































