Orduda keçirilən səmti müəyyənetmə yarışları yekunlaşdı - VİDEO 

Hazırda oxunan: Orduda keçirilən səmti müəyyənetmə yarışları yekunlaşdı - VİDEO 

38275

Azərbaycan Ordusunda hərbi qulluqçular arasında keçirilən növbəti səmti müəyyənetmə yarışları yekunlaşıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Yarışlarda 8 komandanın 44 hərbi qulluqçusu mübarizə aparıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ordumuzda səmti müəyyənetmə yarışları keçirilir - FOTO


İştirakçılar təyin olunmuş məsafəyə qaçış edərək xəritə üzərində göstərilən hədəflərin aşkarlanması tapşırıqlarını yerinə yetiriblər. Yarışın qaydalarına əsasən kişi hərbi qulluqçular 9,3 km məsafədə 13 nəzarət nöqtəsini, qadın hərbi qulluqçular isə 6 km məsafədə 10 nəzarət nöqtəsini müəyyənləşdiriblər. 

Yekun nəticələrə görə qalib gələn Quru Qoşunlarının yığma komandası yarışın kubokunu qazanıb.

İkinci və üçüncü yerlərə isə müvafiq olaraq Hərbi Hava Qüvvələrinin "N" saylı hərbi hissəsinin və Hərbi Polisin yığma komandaları layiq görülüblər. 

Yarışın qalibləri kubok, fəxri fərman və medallarla təltif olunublar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO