Namizədliyimi irəli sürsəm Sabir Rüstəmxanlı namizəd olmayacaq  - Tənzilə Rüstəmxanlı

Namizədliyimi irəli sürsəm Sabir Rüstəmxanlı namizəd olmayacaq - Tənzilə Rüstəmxanlı

Hazırda oxunan: Namizədliyimi irəli sürsəm Sabir Rüstəmxanlı namizəd olmayacaq - Tənzilə Rüstəmxanlı

93555
“Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyimi irəli sürmək fikrim var. Mən namizədliyimi irəli sürəcəyəmsə, Sabir Rüstəmxanlı namizəd olmayacaq”x9d.
 
Bunu APA-ya açıqlamasında “Azəri-Türk”x9d Qadınlar Birliyinin sədri, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlı deyib.
 
T. Rüstəmxanlı bildirib ki, deputatlığa namizəd olmaq fikrindədir. O bu barədə S. Rüstəmxanlı ilə razılığa gəldiklərini də deyib. “Sabir Rüstəmxanlı partiya lideri olaraq qalacaq. Hələ ki, fikrimiz belədir, ancaq hər şeyi zaman göstərəcək”x9d.
 
S. Rüstəmxanlı isə APA-ya açıqlamasında deputatlığa namizədliyini irəli sürəcəyi haqqında qərar vermədiyini deyib: “Hələ ki, partiyanın başqa namizədləri müəyyənləşdirilir. Mən problem deyiləm”x9d. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO