Bir neçə gün əvvəl öd kisəsindən cərrahiyyə əməliyyatı olunan araşdırmaçı-jurnalist Elxan Salahov dünən xəstəxanadan evə buraxılıb.
Moderator.az-ın əməkdaşı dünən tanınmış jurnalistə baş çəkərək onun vəziyyəti ilə maraqlanıb. Elxan Salahov əməkdaşımızla söhbətində özünü yaxşı hiss etdiyini, cərrahiyyə əməliyyatından sonra səhhətindəki problemlərin tədricən aradan qalxdığını deyib. Hazırda onun yeganə çətinliyi cərrahiyyə əməliyyatından qalan yaralarla bağlıdır.
Xatırladaq, ki, Elxan Salahov noyabrın 5-də Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində əməliyyat olunub. Əməliyyat zamanı jurnalistin öd kisəsi çıxarılıb. Hazırda “Həftə içi” qəzetinin redaktoru vəzifəsində çalışan, Lent.az saytında maraqlı araşdırmaları ilə çıxış edən Salahovun üzərində cərrahiyyə əməliyyatını məşhur cərrah Zərraf Şirinov həyata keçirib.































































































