Sabiq müdafiə nazirindən prezidentə ilginc müraciət: “Torpaq qanla suvarılar”x9d

Sabiq müdafiə nazirindən prezidentə ilginc müraciət: “Torpaq qanla suvarılar”x9d

Hazırda oxunan: Sabiq müdafiə nazirindən prezidentə ilginc müraciət: “Torpaq qanla suvarılar”x9d

170421
xa0
“İlk əvvəl onu deyim ki, çox təəssüflər olsun, Azərbaycan bu gün Rusiyanın, eləcə də bizə Rusiya xislətində münasibət bəsləyən, üzdə dost kimi görünüb, daxildə xa0isə düşmənçilik edən ölkələrin təsiri altındadır. İkincisi, torpaq o vaxt sənin olur ki, torpağını müdafiə edirsən və özündə saxlamaq qüdrətinə malik olursan. Üçüncüsü, ATƏT-in, ATƏM-in, Aİ-nin, BMT-nin və s. məsləhəti ilə torpağı saxlamırsan, torpaq sənə tanrının verdiyi əmanətdir, babalarımızdan bizə qalan mirasdır. Babalarımızın da bəziləri erməniyə qardaş, kirvə deyə-deyə Qərbi Azərbaycanı, Zəngəzuru ötürdülər ermənilərə. İndi də eyni oyun gedir. İndiyədək demişik ki, lazım gəlsə, torpaqlarımızı müharibə ilə işğaldan azad edərik. Artıq balaca uşaqlar da sual verməyə başlayıb ki, o lazım nə vaxt gələcək, niyə gəlmir...”x9d

Bunu sabiq müdafiə naziri Rəhim Qazıyev Moderator.az-ın xa0“Sizcə, ikinci Qarabağ savaşını başlamaq zamanı yetişibmi?”x9d sualını cavablandırarkən deyib.


Rəhim Qazıyev daha sonda bildirib ki, bu millətin ucaltdığı insanlar artıq bu millətin dərdinə yanmalıdır, çarə etməlidir:

“Yoxsa ki, bəziləri kimi Qarabağ boyda yaramızı siyasi oyun alətinə çevirməməlidirlər. Bu gün gözü yaşlı şəhid analarımızın bala yanğısı körüklənməmiş bir sürü şərəfsiz erməniləri Azərbaycana qaytarır. Onlara deyən lazımdır ki, xa0zamanında Vəzirovu buna görə söymürdünüzmü? Şərəfsiz erməninin rusun gücü ilə Azərbaycan balalarını şəhid etdiyi bir vaxtda ermənini Azərbaycana qaytarmaq ideyasını ortaya atmaq nə deməkdir axı? Hanı bu millətin ziyalıları, əlində qələm tutub tarix yazanları? Niyə buna susurlar? Danışan ziyalılarımız da çobana belə yaraşmayan absurd fikirlər səsləndirirlər. Biz nə qədər cılız hisslərlə yaşayıb, həqiqətləri gizlədib, başqa don geyindirmək istəyəcəyik? Nə qədər dəyərlərimizi itirə-itirə gedəcəyik? Əgər bir ölkədə hansısa qurum kimsəyə hesabat vermədən, kimsədən icazə almadan Azərbaycanın represiya qurbanı olmuş övladının, xalqın ən sevimli şairinin büstünü maşına yükləyib aparırsa, o ölkədə hansı dəyərlərdən danışmaq olar?...”x9dxa0

Sabiq nazir onu da qeyd edib ki, beynəlxalq hüquq normaları da Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə qaytarmasına imkan verir:

“Nə qədər ki, Dağlıq Qarabağın taleyi ATƏT-dən, Minsk qrupundan, Azərbaycanı yox, Ermənistanın işğalçı siyasətini dəstəkləyən Rusiyadan, Fransadan, Amerikadan asılı olacaqsa, o zaman nə torpağın geri qaytarılmasından, nə də bizim uğurumuzdan danışmaq olmaz. Torpağın sahibi olan kişinin BMT-nin hüquq normalarına uyğun olaraq evinə təcavüz edən düşməni təmziləmək hüququ var. BMT-nin üzvü olan bir dövlət kimi bunu etməyə haqqımız çatır. 24 ildir atəşkəsə riayət etdik, ancaq heç nə qazana bilmədik, əksinə, insanlar artıq getdikcə bütün ümidlərini itirir, qaçqınlarımız vətən həsrətiylə ölürlər”x9d.xa0

R.Qazıyev son olaraq deyib ki, torpaq qanla suvarılar, şərəfsiz ermənidən torpağımızı ancaq müharibə yolu ilə ala bilərik və almalıyıq da:

“Bu, bizim müqəddəs borcumuzdur, şəhidlərimizin narahat ruhu qarşısında borcumuzdur, şəhid balalarının, vətən üçün sağlamlığını qurban vermiş qazilərimizin qarşısında borcumuzdur. Ali baş komandan müharibə əmri verməlidir, mən özüm də ön cəbhədə olmasam mənə haram olsun. Prezidentə də çağırış edirəm ki, bu hiylələrə inanmasın, Azərbaycan öz torpağını özü azad etməlidir, buna qadirdir və borcludur. Əgər biz torpağımızı ala bilmiriksə, o torpağı iddia etməyə haqqımız da yoxdur. Bəzi hərbçilərimizdən də xahiş edirəm ki, ağa qara, qaraya da ağ deməklə milləti çaşdırmasınlar”x9d.


Rumiyyə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO