Türkiyəli atletlər "Formula 1"i izləyirlər - VİDEO 

Hazırda oxunan: Türkiyəli atletlər "Formula 1"i izləyirlər - VİDEO 

133299

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında Bakıda səfərdə olan Türkiyənin ağırlıqqaldırma millisinin üzvləri “Formula 1” üzrə dünya çempionatının Azərbaycan Qran-prisini izləyirlər. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının İdarə Heyətinin üzvü Anar Hüseynov sosial şəbəkədə paylaşım edib. 

Federasiya rəsmisi Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında qızıl medal qazanan xanım atletlər Nuray Güngör, Cansu Bektaş və gümüş mükafatçı Qamze Altunla birlikdə tribunada çəkilən foto paylaşıb. 
Həmçinin, Cansu Bektaş da öz instaqram hesabının hekayə bölməsində bununla bağlı video yayımlayıb. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO