
- A-
- A
- A+
Ekskluziv
23:58 / 28.01.2023
2 dəq oxunma
"Yerin nüvəsi dayanıb, mümkündür ki, fırlanma istiqamətini dəyişib..." - TƏDQİQAT
Hazırda oxunan: "Yerin nüvəsi dayanıb, mümkündür ki, fırlanma istiqamətini dəyişib..." - TƏDQİQAT
591132
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Yerin daxili nüvəsi dövrü olaraq təxminən 70 il ərzində hər 35 ildən bir fırlanma istiqamətini dəyışə bilər..."
"Daxili nüvə ilə mantiya arasında qravitasiya əlaqəsi Yer səthinin deformasiyasına, bu da dəniz səviyyəsinə, atmosferin qlobal sirkulyasiyası və hərarətinə təsir göstərə bilər..."
Yerin daxili nüvəsi bu yaxınlarda dayanıb və, mümkündür ki, öz fırlanma istiqamətini dəyişib.
Moderator.az xəbər verir ki, bu barədə "Nature Geoscience" jurnalının yanvar nömrəsində dərc edilən məqalədə deyilir.
Məqalə müəllifləri Çinin Pekin Universitetindən alimlər İ Yan və Siyaobun Sonqdur. Onlar hələ 1960-cı ilin əvvəlindən toplanan seysmik dalğalar haqqında məlumatlara istinad edib.
Tədqiqatların gedişində onlar müəyyən edib ki, Yerin əvvəllər dəqiq variasiyalar əlamətlərini nümayiş etdirən daxili nüvəsinin hissələri qəflətən dəyişikliklərə məruz qalıb.
Alimlər qeyd edir ki, təxminən 2009-cu ildə nüvə dayanıb.
"İndi o, tədricən əks istiqamətdə hərəkət edir", - materialda deyilir.
Sonq və Yanq bu nəticəyə gəlir ki, daxili nüvə dövrü olaraq təxminən 70 il ərzində hər 35 ildən bir fırlanma istiqamətini dəyişə bilər.
Tədqiqatda deyilir ki, zamanla bir qədər dəyişən sutkaların müddəti, mümkündür ki, nüvənin təklif edilən hərəkət tsikli ilə sinxrondur.
Bu səbəbdən elmi nəticələr "Yerin bərk sisteminin ən dərin və ən səthi qatları arasında dinamik qarşılıqlı təsiri barədə deməyə əsas verir".
Planetin bu qatları arasında hansı əlaqənin olmasını alimlər hələ aydınlaşdırmayıb.
Eyni zamanda, onlar güman edir ki, daxili nüvə ilə mantiya arasında qravitasiya əlaqəsi "Yer səthinin deformasiyasına gətirib çıxara bilər ki, bu da dəniz səviyyəsinə təsir edə bilər, o da öz növbəsində atmosferin qlobal sirkulyasiyası və hərarətinə təsir göstərə bilər".
Alimlər deyib ki, onların növbəti addımları "bir çox onilliklər ərzində davam edən rəqslər sistemində fiziki mexanizmlərin miqdar modelini qurmaq və gələcəkdə fırlanmanın necə dəyişməsini izləməkdən" ibarətdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün



























































































