Ukraynada İrana məxsus 6 pilotsuz uçuş aparatı (PUA) və Rusiyanın Su-25 qırıcısı vurulub.
Bizim.Media “UNİAN”-a istinadən xəbər verir ki, PUA-ları Ukrayna Hərbi Hava Qüvvələri zərərsizləşdirib.
Bildirilib ki, Rusiya İran istehsalı olan kamikadze-dronu "Geran-2" adı ilə istifadə edir.
16.33***
Sentyabrın 23-də günortadan sonra Odessada partlayış səsi eşidilib.
Bizim.Media xəbər verir ki, “Dumskaya" “Telegram” kanalının məlumatına görə, şəhər səmasında pilotsuz uçan aparat vurulub.
Hadisə şahidlərinin sözlərinə görə, PUA şəhər üzərində aşağı hündürlükdə uçub. Ukrayna hava hücumundan müdafiə qüvvələri ona atəş açıblar.
Nəşrin sözlərinə görə, bu, İran istehsalı olan kamikadze pilotsuz uçan aparat "Shahed-136" olub.
Bizim.Media