KTMT missiyası Ermənistana gedib

KTMT missiyası Ermənistana gedib

Hazırda oxunan: KTMT missiyası Ermənistana gedib

94878

Baş katib Stanislav Zasın rəhbərlik etdiyi KTMT missiyası Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti öyrənmək və deeskalasiya ilə bağlı təkliflər hazırlamaq üçün Ermənistana gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə KTMT katibliyindən məlumat verilib.

Məlumata görə, missiyanın qarşısında mövcud vəziyyəti qiymətləndirmək, regiondakı vəziyyətlə bağlı KTMT-yə üzv dövlətlərin başçılarına ətraflı məruzə hazırlamaq və Azərbaycanla sərhədin müəyyən yerlərində yaranmış gərginliyin aradan qaldırılması üçün təkliflər hazırlamaq vəzifəsi dayanır.

Katiblikdən qeyd olunub ki, missiyasın işi zamanı sərhədyanı ərazilərdə mövcud vəziyyətin öyrənilməsi və monitorinqi üzrə tədbirlər, o cümlədən Ermənistanın ali siyasi və hərbi rəhbərliyi ilə görüşlərin keçirilməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO