Ukraynada hərbi rütbələr NATO standartalarına uyğunlaşdırılır

Hazırda oxunan: Ukraynada hərbi rütbələr NATO standartalarına uyğunlaşdırılır

7597

Ukrayna Müdafiə naziri Andrey Taran Silahlı Qüvvələrdə hərbi rütbələrin NATO standartlarına uyğunlaşdırılması ilə bağlı əmr imzalayıb.

Bizim.Media-nın xəbərinə görə, bu barədə Ukraynanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Əmrə əsasən, Silahlı Qüvvələrdə NATO hərbi rütbə kodlarına keçid təmin edilir.

“Məlum qərar sovet tipli idarəetmə sisteminin aparıcı dövlətlərin qəbul etdiyi müasir sistemin dəyişdirilməsi üçün verilib”,- deyə qeyd olunub.

Xatırladaq ki, Ukrayna ordusunun NATO standartlarına uyğunlaşdırılması ilə bağlı qanun Ali Rada tərəfindən 2020-ci ilin iyununda qəbul olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO