ABŞ-da fövqəladə vəziyyət olacaq - Bayden andiçməni gözləyir

Hazırda oxunan: ABŞ-da fövqəladə vəziyyət olacaq - Bayden andiçməni gözləyir

6844

ABŞ-ın bu il seçilmiş prezidenti, demokrat Cozef Bayden andiçmə mərasimindən sonra ölkədə koronavirus peyvəndlərini sürətlə yaymaq üçün hərbi vəziyyət qanunundan istifadə edəcəyini təsdiqləyib.

Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu sözləri o, Uilminqtondakı çıxışında deyib.

Bayden qeyd edib ki, özəl şirkətlərə peyvənd istehsal edən maddələrin və müdafiə vasitələrinin istehsalını sürətləndirməyi tapşıracaq.

Sözügedən qanun prezidentə milli təhlükəsizliyi gücləndirmək üçün müəyyən malların istehsalını artırmağa imkan verir.

İndiki dövlət başçısı Donald Tramp, pandemiyanın başlanğıcından bəri bu sənədin müddəalarından bir neçə dəfə istifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO