İspaniyada qeyri-adi QAYDA - Xəstəlik səbəbindən işə gəlməyənləri detektivlər izləyir

İspaniyada qeyri-adi QAYDA - Xəstəlik səbəbindən işə gəlməyənləri detektivlər izləyir

Hazırda oxunan: İspaniyada qeyri-adi QAYDA - Xəstəlik səbəbindən işə gəlməyənləri detektivlər izləyir
626514
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniyada bəzi işəgötürənlər xəstəlik vərəqəsində olan əməkdaşların həqiqətən müalicə alıb-almadığını yoxlamaq üçün özəl detektivlər işə cəlb edirlər.

Bizim.Media xəbər verir ki, bu barədə El País nəşri məlumat yayıb.

2008-ci ildən bəri ölkədə xəstəlik vərəqələrinin sayı təxminən iki dəfə artıb. Bu səbəbdən bəzi şirkətlər şübhəli hallarda əməkdaşları ictimai yerlərdə izləmək üçün detektivlərdən istifadə edirlər. Qanun buna icazə verir və toplanan materiallar məhkəmədə sübut kimi təqdim oluna bilər.
 

Belə hallardan birində qoltuqağacı ilə hərəkət edən bir şəxsin idmanla məşğul olduğu, bel ağrısı səbəbindən məzuniyyətdə olan digər əməkdaşın isə avtomobil emalatxanasında işlədiyi müəyyən edilib.


Bununla belə, məhkəmələr hər hadisəni ayrıca qiymətləndirir. Məsələn, depressiya diaqnozu ilə xəstəlik vərəqəsində olan bir işçinin barlara getməsi qanun pozuntusu hesab edilməyib və məhkəmə bunun sağalma prosesinə müsbət təsir göstərə biləcəyini nəzərə alaraq işçinin xeyrinə qərar çıxarıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO