WSJ: Çin və Rusiya İrana hədəfləri daha dəqiq vurmağa kömək edir

WSJ: Çin və Rusiya İrana hədəfləri daha dəqiq vurmağa kömək edir

Hazırda oxunan: WSJ: Çin və Rusiya İrana hədəfləri daha dəqiq vurmağa kömək edir

626349

İranın ABŞ hədəflərinə daha dəqiq zərbələr endirməsi Vaşinqtonda narahatlıq yaradıb.

Bizim.Media xəbər verir ki, bu barədə The Wall Street Journal mənbələrə istinadən yazıb.
 

Nəşrin məlumatına görə, İran ABŞ-ın hava hücumundan müdafiə sisteminə uyğunlaşaraq yüksək sürətlə hərəkət edən və hədəfə eniş zamanı manevr edə bilən raketlərdən istifadə edir.


ABŞ rəsmiləri hesab edirlər ki, İranın həssas hədəfləri daha dəqiq vurmaq qabiliyyəti Çin və ya Rusiyanın hədəf təyinatı sahəsində dəstəyi ilə bağlı ehtimalları artırır.

Qeyd olunur ki, ABŞ regiona əlavə F-16 və F-35 qırıcıları, eləcə də yanacaqdaşıyan hərbi təyyarələr göndərməyə başlayıb. Eyni zamanda, ABŞ və İran arasında diplomatik danışıqların aparıldığına dair hər hansı əlamətin olmadığı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO