Danimarka Müdafiə Nazirliyi: “Ukrayna ilk “Leopard” tanklarını mayda alacaq”

Danimarka Müdafiə Nazirliyi: “Ukrayna ilk “Leopard” tanklarını mayda alacaq”

Hazırda oxunan: Danimarka Müdafiə Nazirliyi: “Ukrayna ilk “Leopard” tanklarını mayda alacaq”

610177

Danimarka, Almaniya və Niderland Ukrayna hökumətinə ilk “Leopard” tanklarını mayın əvvəlində verəcək.

Bu barədə Danimarka müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Troels Lund Poulsen bildirib.

“2023-cü il ərzində 80-dən 90-a qədər tank tədarük edə biləcəyik. Onlar davamlı olaraq çatdırılacaq, çünki tanklar Ukrayna əsgərləri ilə təlim fəaliyyətlərinə daxil edilməlidir. Buna görə də onların böyük partiyalarla mayın əvvəlindən ilin sonuna qədər çatdırılacağını düşünürük”, - siyasətçi deyib.

Qeyd edək ki, fevralda Almaniya hökuməti Ukraynaya 178 ədəd “Leopard 1 A5” tankının çatdırılacağını təsdiqləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO