Almaniya və Britaniya avropalıları Rusiyanın mümkün hücumuna hazırlaşmağa ÇAĞIRDI

Almaniya və Britaniya avropalıları Rusiyanın mümkün hücumuna hazırlaşmağa ÇAĞIRDI

Hazırda oxunan: Almaniya və Britaniya avropalıları Rusiyanın mümkün hücumuna hazırlaşmağa ÇAĞIRDI

596623

Münhen Təhlükəsizlik Konfransının yekununda Almaniya Bundesverinin baş müfəttişi Broyer və Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Naytton açıq məktubla Avropada hərbi xərclərin artırılmasına çağırış ediblər.

Bizim.Media xəbər verir ki, “Spiegel”in məlumatına görə, müraciət Rusiyanın hər gün silahlı qüvvələrini daha çox Qərbə doğru yaxınlaşdırdığını göstərən faktlarla və NATO üzvü olan bir dövlətlə müharibə riskinin artması ilə əsaslandırılıb.
 

“Müharibə tarixi bizə öyrədir ki, rəqiblər parçalanma və zəiflik hiss etdikdə çəkindirmə siyasəti iflasa uğrayır. Əgər Rusiya Avropanı bu cür qəbul edərsə, bu, aqressiyanın Ukraynanın hüdudlarından kənara yayılması üçün hərbi stimul ola bilər”, – deyə məktubda bildirilir.


Bundan əlavə, Berlin və London 2024-cü il Triniti-Haus Sazişinə sadiqliklərini təsdiqləmək və əməkdaşlığı dərinləşdirmək niyyətində olduqlarını bəyan ediblər.

Triniti-Haus Sazişində qeyd olunur ki, tərəflərdən biri üçün strateji təhlükə digər tərəf üçün də təhlükə kimi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO