Meqan Markl şahzadə Harri ilə qızı Lilibetin fotosunu paylaşdı - FOTO

Meqan Markl şahzadə Harri ilə qızı Lilibetin fotosunu paylaşdı - FOTO

Hazırda oxunan: Meqan Markl şahzadə Harri ilə qızı Lilibetin fotosunu paylaşdı - FOTO

596342

Sasseks hersoginyası Meqan Markl Instagram səhifəsində şahzadə Harri ilə qızı Lilibetin nadir fotosunu yayımlayıb.

Bizim.Media xəbər verir ki, şəkildə 4 yaşlı Lilibet şahzadə Harrinin qucağında əyləşib və əlində şarlar tutur. Qız çəhrayı don və kolqot geyinib. Sasseks hersoqu isə tünd-göy futbolka və qara idman şalvarında görüntülənib.

“Bu ikisi + Arçi = mənim əbədi Valentinlərim”, — deyə Meqan Markl paylaşımına şərh yazıb.
 

Yanvarın 24-də şahzadə Harri və Meqan Markl “Sundance” kinofestivalının qonağı olublar. Cütlük icraçı prodüser qismində çıxış etdikləri “Cookie Queens” sənədli filmini təqdim edib. Tədbirdə hersoginya qara bodi, dar kəsimli ətəyi genişlənən şalvar və botilion geyinib, həmçinin sırğa, bilərzik və üzüklərlə obrazını tamamlayıb. Saçlarını səliqəli şəkildə düzərək təbii üslubda makiyaj edib.


Şahzadə Harri isə lonqsliv, jilet, yaşıl şalvar və qəhvəyi zamşa çəkmələrə üstünlük verib.

Fevralın 7-də Meqan Markl Los-Ancelesdə keçirilən illik Fifteen Percent Pledge xeyriyyə qala-gecəsində iştirak edib. O, qırmızı xalça üzərində Harbison Studio brendinə məxsus südlü-qara rəngli, dekolteli, yarıqlı və şleyfli maksi libasda poz verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO