Həbsdə olan Aleksey Navalnının qardaşı axtarışa verildi

Hazırda oxunan: Həbsdə olan Aleksey Navalnının qardaşı axtarışa verildi

57223

Hazırda həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnının qardaşı Oleq federal axtarışa verilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “İnterfaks” agentliyi Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin məlumat bazasına istinadən yayıb.

Mənbə qeyd edir ki, Oleq Navalnı Cinayət Məcəlləsinin adı açıqlanmayan maddəsi ilə axtarışa verilib.

Yanvarın 25-də məlum olub ki, cinayət və islah müfəttişliyi Oleq Navalnının “sanitar işi” adlanan iş üzrə şərti cəza ilə əvəz olunmasını tələb edib. Şikayətə baxılması fevralın 18-nə Moskvanın Lyublin Məhkəməsində təyin edilib.

RİA Novosti-nin məhkəmədə izah etdiyi kimi, Federal Penitensiar Xidmət Navalnının müfəttişlik qeydiyyatında olmadığı üçün onun səlahiyyət müddətinin dəyişdirilməsini tələb edir. Vəkil Nikos Paraskevov “İnterfaks”a bildirib ki, Navalnının axtarışına əsas onun yoxlama zamanı yaşayış yerində olmaması olub.

Oleq Navalnının Rusiyanı tərk edib-etməməsi ilə bağlı suala müdafiəçi cavab verib ki, bundan xəbəri yoxdur.

2021-ci ilin avqustunda Oleq Navalnı sanitar-epidemioloji qaydaları pozmağa təhrik etməkdə təqsirli bilinərək, hazırda Vladimir vilayətindəki koloniyada cəza çəkən qardaşına dəstək üçün çağırdığı etiraz aksiyalarına görə bir il şərti cəzaya məhkum edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO