Nazarbayevin kürəkəninin yerinə bu şəxs vəzifəyə gətirildi

Hazırda oxunan: Nazarbayevin kürəkəninin yerinə bu şəxs vəzifəyə gətirildi

56875

“İbulla Serdi QazaqGaz (KazTransQaz ASC) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib”. 

Bizim.Media “Sputnik Qazaxıstan” nəşrinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fond Birjasının məlumatında deyilir.

Yanvarın 14-də şirkətin idarə heyətinin tərkibində aşağıdakı dəyişikliklər edilib:

İdarə Heyətinin sədri Kayrat Şaripbayev xaric edilib, İdarə Heyətinin sədri vəzifəsinə İbulla Serdi gətirilib.

Qeyd olunur ki, 58 yaşlı Kayrat Şaripbayev bu il yanvarın ortalarında 2020-ci ildən rəhbərlik etdiyi QazaqGaz milli şirkətinin idarə heyətinin sədri vəzifəsindən azad edilib. 

Media iddia edir ki, Şaripbayev Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayevanın əridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO