Fransa prezidentliyinə namizəd: “Rusiyaya qarşı daha sanksiyalar olmayacaq”

Hazırda oxunan: Fransa prezidentliyinə namizəd: “Rusiyaya qarşı daha sanksiyalar olmayacaq”

56830

Fransa prezidentliyinə namizəd Erik Zemmur Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb. Onun fikrincə, “ABŞ-ın aləti olmağa” son qoymaq lazımdır. 

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bundan əvvəl o, həmçinin ölkənin NATO-dan çıxarılmasını təklif edib.

“Düşünürəm ki, Fransa sanksiyaları ləğv etməklə Rusiyaya dostluq siqnalları verə bilər. Mən prezident olsaydım, deyərdim ki, Rusiyaya qarşı daha sanksiyalar olmayacaq”, - Zemmur “France 5”ə deyib.

Namizədin fikrincə, Fransa Rusiyanın dostu olmalıdır. O, hesab edir ki, ABŞ Avropa ölkələrini Rusiya Federasiyasına qarşı qoyur.

Cənab Zemmur onu da deyib ki, “fransızlar və ruslar düşündüyümüzdən də çox oxşar olan iki böyük xalqdır”. 

“Mən rus xalqını sevirəm, mədəniyyətini, ədəbiyyatını sevirəm. Mən Dostoyevskinin, Tolstoyun, Vasili Qrossmanın böyük pərəstişkarıyam”, o, əlavə edib.

Erik Zemmur Rusiyanın seçkilərə müdaxilə etdiyinə inanmır. O, qeyd edib ki, əksinə ruslar deyil, müttəfiqlərini dinləyən amerikalılar olub.

Erik Zemmur ifrat sağçı namizəd, Reconkista partiyasının yaradıcısıdır. Sorğulara görə, o, 13 faiz səslə seçkilərdə dördüncü yeri tuta bilər. İndiyə qədər sosioloqlar hazırkı prezident Emmanuel Makronun (22,5-23%) lider mövqeyini proqnozlaşdırırlar. Marine Le Pen və Valerie Pekress hərəyə 17 faizə toplayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO