Ukrayna gözəli rus dilində danışdı – TƏNQİDLƏRLƏ ÜZLƏŞDİ

Hazırda oxunan: Ukrayna gözəli rus dilində danışdı – TƏNQİDLƏRLƏ ÜZLƏŞDİ

42224

Ukraynada keçirilən "Ukrayna gözəli" yarışmasının qalibi Anna Neplyax sosial şəbəkələrdə rus dilindən istifadə etdiyi üçün millətçilərin tənqidi ilə üzləşib. O, buna cavab olaraq İnstagram səhifəsində video müraciət yerləşdirib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Gazeta.ru” saytında yer alıb.

"İstifadəçilərimin 90% -i rus dilində danışdığına görə bloqumda bu dildə yazıram. Nəticədə milyonlarla insan tərəfindən ittiham edildim, ancaq neyləyim ki, Ukrayna dilini yaxşı bilmirəm". Dneprli qız Ukrayna dilində belə yazıb.

Neplyax qeyd edib ki, əhalisinin 90% -nin rus dilində danışdığı bir şəhərdə, rusdilli ailədə böyüyüb və istər-istəməz ona uyğun dildə danışır.

Xatırladaq ki, 2019-cu ildən bəri Ukraynada bütün sahələrdə yalnız Ukrayna dilinin istifadəsini nəzərdə tutan "Ukrayna dilinin dövlət dili olaraq fəaliyyət göstərməsini təmin etmək haqqında" qanun var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO