Kitab satan qız ABŞ Milli Kəşfiyyatı direktorluğuna namizəd oldu

Hazırda oxunan: Kitab satan qız ABŞ Milli Kəşfiyyatı direktorluğuna namizəd oldu

3975

Məlum məsəldir ki, ABŞ - da yəhudi lobbisi hər zaman kifayət qədər güclü təsir etmə gücünə malik olub. Demək olar ki, bütün illərdə ölkə hakimiyyətində yəhudilər ən yüksək səviyyədə təmsil olunublar.

ABŞ sistemli idarəetmə dövlətidir, yəni burada kimlərinsə prezident olması mahiyyətcə nələrisə dəyişmir. Ona görə də ABŞ-da mütləq mənada ermənipərəst, yaxud yəhudipərəst prezidentidir deyə yanaşma yoxdur.

Hazırda Obama administrasiyasının vitse-prezidenti olmuş, Bayden yeni hökümətini formalaşdırır. Bayden administrasiyasında ən diqqətçəkən məqam isə Milli kəşfiyyatın direktoru vəzifəsini gətirilən Avril Hainesdir.

Qeyd edək ki, o, bu postda çalışan ilk qadın rəhbər olacaq. 90-cı illərdə kitab mağazasında çalışan xanım Hainesin uğurlu işinə görə, müəssisə 1997- cil ildə media tərəfindən “Ən Yaxşı Müstəqil Kitab Mağazası” kimi də ad qazanıb.

İndi hamını bir sual düşündürür, xanım Haines bu yüksək və məsuliyyətli posta necə gətirilib. Görünən odur ki, Bayden ətrafına yəhudi əsilli xanım namizədləri cəlb etmək fikrindədir.

Ayfər Nizaməddin qızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO